Xəbərlər

İraq BRİCS-ə qoşulmağı düşünür

“İraq hökuməti BRİCS-ə qoşulma imkanlarını nəzərdən keçirir və bu variantı hərtərəfli öyrənməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu “İzvestiya” qəzetinə İran parlamentinin “Koordinasiya strukturu” koalisiyasından deputat Zeynəb Cümə Əl-Musəvi deyib.

“İraq üçün bütün imkanlar açıqdır. Hökumət BRİCS-ə qoşulmaq məsələsini nəzərdən keçirir. Biz bu variantı hərtərəfli öyrənməliyik. BRİCS-ə qoşulmaq İraqı amerikalıların dollardan təzyiq aləti kimi istifadə etmək təhlükəsindən xilas edəcək”, – deputat qeyd edib.