Xəbərlər

Yaponiya və ABŞ 45 min hərbi qulluqçunun iştirakı ilə təlimlərə başlayıb

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri böyük miqyaslı birgə məşqlər keçirməyə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Bildirilir ki, təlimlər iki ildən bir müntəzəm olaraq keçirilir. Xüsusilə, havadan və raketdən müdafiənin tətbiq olunduğu hərbi məşqlər noyabrın 1-dək davam edəcək.

Yaponiya Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər zamanı tərəflərin koordinasiyası, birgə hava əməliyyatları, hava və raketdən müdafiə, əsas infrastruktur obyektlərinin və uzaq yapon adalarının mühafizəsi üzrə fəaliyyətlər həyata keçiriləcək.