Xəbərlər

Çexiya: Ukrayna ilin sonuna qədər 500 min mərmi alacaq

“2024-cü ilin sonuna qədər Ukrayna Çexiyanın başlatdığı üçüncü ölkələrdən dəstək toplanması təşəbbüsü çərçivəsində 500 min artilleriya mərmi alacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

“Məqsədimizə nail olacağıq – 500 min iriçaplı mərmi Ukraynaya göndəriləcək. Ukraynaya bu cür döyüş sursatı ilə hərbi dəstək verilməsi fasiləsiz davam edəcək”, – Baş nazir bildirib.