Xəbərlər

Moskva və Minsk müdafiə sektorunda əməkdaşlığı dərinləşəcək

“Rusiya və Belarus iki ölkənin suverenliyinin təmin edilməsi məqsədilə müdafiə sahəsində əməkdaşlığı dərinləşəcək”.

Füyuzat”ın məlumatına görə, bunu Belarus müdafiə naziri Viktor Xrenin iki dövlətin hərbi idarələrinin birgə şurasının iclasında bildirib.

Xrenin deyib: “Qərblə Şərq arasında qlobal qarşıdurmanın bu çətin dövründə biz əməkdaşlığın əldə olunmuş səviyyəsini, onun daha da inkişaf etdirilməsini və dövlətlərimizin suverenliyinin və müstəqilliyinin qorunmasının maraqları naminə dərinləşməsini davam etdirəcəyik”.