ABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris bildirib ki, Vaşinqton Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq üçün hərbi gücdən istifadə etməyi planlaşdırmır.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat paylaşıb.
“Biz orada Amerika hərbi qüvvələrindən istifadə etmək fikrində deyilik, amma çox açıq deyim: Birləşmiş Ştatlar möhkəm dayanmalı və bu seçkidə xalqın fikrinə hörmət etməlidir, ona görə də biz sanksiyalar tətbiq etdik”, – Harris əlavə edib.