Xəbərlər

Çin hərbi təlimlər keçirəcək

Çin oktyabrın 24-25-də Cənubi Çin dənizinin bir neçə bölgəsində canlı qüvvələrin iştirakı ilə hərbi təlimlər keçirəcəyini elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dəniz İşləri Administrasiyasının saytında yerləşdirilən məlumatda qeyd olunub.

Verilən məlumata görə, Cənubi Çin dənizinin müəyyən ərazilərində müvəqqəti naviqasiya qadağasının tətbiq ediləcəyi bildirilib.

Təlimlərə hansı qüvvə və vasitələrin cəlb olunacağı açıqlanmayıb.