Xəbərlər

Maduro Putinlə görüşü yüksək qiymətləndirib

Venesuela Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yaxşı keçdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Venesuela lideri jurnalistlərə müsahibəsində deyib.

Qeyd edək ki, Rusiya və Venesuela Prezidentləri oktyabrın 23-də Kazanda keçirilən BRİCS sammiti çərçivəsində görüşüblər.

Görüşün təfərrüatları açıqlanmayıb.