Xəbərlər

Vulin: Rusiya ilə Ukrayna arasında sülh gec-tez olacaq

“Rusiya ilə Ukrayna arasında gec-tez mütləq sülh olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Sülh olacaq, razılıq əldə ediləcək. Lakin indi Rusiyanın kiminlə danışıqlar aparacağını anlamaq olduqca çətindir. Mən çox narahatam, Serbiya çox narahatdır və biz sülhə ümid edirik”, – Vulin bildirib.