“ABŞ seçkiləri Avropada təhlükəsizlik məsələlərində dəyişikliklər üçün tarixi əhəmiyyət kəsb etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Mən düşünmürəm ki, tarixi nəsə baş verəcək. ABŞ-da kim qalib gəlirsə-gəlsin təxminən kiçik fərqlərlə eyni siyasət yürüdür. ABŞ həmişə eyni xətti izləyir və mən heç bir real dəyişiklik gözləmirəm”, – Vulin bildirib.