Fransanın xarici işlər naziri Jan-Noel Barrot BMT-də islahatların aparılmasının zəruriliyindən danışıb.
“Füyuzat”ın məlumatına görə görə, o bu barədə “France Info” radiosunda bildirib.
“Fransa Braziliya, Hindistan, həmçinin Yaponiya, Almaniya və Cənubi Afrikanın BMT Təhlükəsizlik Şurasında daha yaxşı təmsil olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır”, – Barrot qeyd edib.
Onun sözlərinə görə, bu addım BMT-nin qəbul etdiyi qərarları “daha qanuni” edəcək.