“Türkiyə digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı ilə paralel olaraq BRİCS ilə də əlaqələri inkişaf etdirmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazandan qayıdarkən jurnalistlərə açıqlama verib.
“BRİCS inkişaf etməkdə olan iqtisadiyyatların bir-biri ilə qarşılıqlı əlaqədə olduğu əla platformadır. Biz bu reallığı görməliyik. Biz BRİCS ilə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Artıq BRİCS-in üzvü olan ölkələrlə uzunmüddətli ikitərəfli əlaqələrimiz və əməkdaşlığımız var. Və BRİCS, digər platformalar və beynəlxalq təşkilatlar bizi iqtisadi cəhətdən gücləndirən ünsürlərdir, biz onları gözardı edə bilmərik. Biz həm şərqli, həm də qərbli bir ölkəyik”, – deyə Ərdoğan bildirib.