“İran Qərb dövlətləri ilə dialoq qurmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.
“İslam Respublikası İranla səmimi münasibət qurmaq istəyən, İranın suverenliyinə hörmət edən və bərabərhüquqlu danışan istənilən Qərb dövləti ilə əməkdaşlığa açıqdır”, – Vilayəti bildirib.