Xəbərlər

Özbəkistan: Parlament seçkiləri şəffaf keçirilib

Özbəkistanda parlament seçkiləri şəffaf və açıq keçirilib, xırda pozuntularla bağlı bütün məlumatlara baxılıb.

“Füyuzat”ın məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzində keçirilən brifinqdə Respublika Baş prokurorunun müavini Shohrukh Aminov deyib.

“Ümumiyyətlə, seçkilər açıq, şəffaf keçirildi. Mən bunda əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm”, – Aminov bildirib.