Xəbərlər

Ermənistan: Rusiya sərhədçilərinin sərhəddən çıxarılması ilə bağlı qərar yoxdur

“Ermənistan hələlik Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini gündəmə gətirmək fikrində deyil”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan brifinqdə bildirib.

O, jurnalistin müvafiq sualını cavablandırıb: “Hazırda belə bir məsələ yoxdur”.

Abazyan əlavə edib ki, Ermənistan sərhədçiləri Türkiyə və İranla dövlət sərhədlərini mərhələli şəkildə qoruya bilirlər.

Oktyabrın əvvəlində Moskvada respublikanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra rəsmi İrəvan bildirmişdi ki, əldə olunmuş razılığa əsasən, rusiyalı sərhədçilər Aqarak keçid məntəqəsini tərk edəcəklər və yanvardan burada təhlükəsizlik tədbirləri yalnız erməni sərhədçiləri tərəfindən həyata keçiriləcək. Həmçinin, erməni sərhədçiləri rusiyalı həmkarları ilə birlikdə İran və Türkiyə ilə dövlət sərhədinin mühafizəsində iştirak edəcəklər.