Xəbərlər

Pentaqon beş ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylandla “UH-60M Black Hawk” helikopterlərinin istehsalı üçün təxminən 1,2 milyard dollar dəyərində müqavilə imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, müqavilə “Lockheed Martin”in törəmə şirkəti olan bu helikopter modelinin istehsalçısı “Sikorsky Aircraft” ilə bağlanıb.