ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak çərşənbə axşamı Vaşinqtonda keçirilən görüşdə Kiyevə hərbi yardımı, həmçinin Ukrayna ilə bağlı gələcək konfransların təşkilini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Onlar hərbi və iqtisadi yardımı, Ukraynanın qarşıdan gələn diplomatik tədbirlərini, o cümlədən Ukraynanın sülh formulunu təbliğ edən konfransları dəstəkləmək üçün davam edən diplomatik səyləri müzakirə ediblər”, – Miller bildirib.