“Çin və Rusiyanın hakimiyyət orqanları sabit beynəlxalq münasibətlərin qorunmasına töhfə verir və BMT Nizamnaməsinə əsaslanan hüquqları müdafiə edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
“Çin sədri Si Cinpinin və Rusiya Prezidenti Vladimir Putinin şəxsi rəhbərliyi sayəsində biz ikitərəfli münasibətlərin inkişafında sağlam və sabit dinamikanı qoruyub saxlaya bilmişik ki, bu da təkcə iki dövlətin maraqlarına deyil, həm də ümumi maraqlara cavab verir”, – Vanq Yi bildirib.