Macarıstanın xüsusi xidmət orqanları yüksək vəzifəli dövlət məmurlarından birinə sui-qəsdin qarşısını alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Magyar Nemzet” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bu məsələ Macarıstan parlamentinin Milli Təhlükəsizlik Komitəsinin qapalı iclasında müzakirə olunub.
Bildirilir ki, “müdafiə olunan şəxsin” öldürülməsi oktyabrın 23-də, Macarıstanda 1956-cı il üsyanının anım gününü qeyd edərkən həyata keçirilməli idi. Qəzet qeyd edib ki, 20 yaşlı gənc də daxil olmaqla altı nəfər bu işlə bağlı iki həftə əvvəl həbs edilib və o, Məhkəmə Tibbi Ekspertiza və Psixi Sağlamlıq Mərkəzində saxlanılır. İstintaq davam edir.
Parlament komitəsinin sədri açıqlamasında ABŞ kəşfiyyat xidmətlərinin məlumatlarından sonra Macarıstanda başlayan bu əməliyyatla bağlı deputatların məlumatlandırıldığını təsdiqləyib.