NATO-ya qoşulmaq Ukraynanın təhlükəsizliyinə zəmanət verməyəcək.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.
“ABŞ, Rusiya Federasiyası, Çin və Ukrayna arasında razılaşmalar olmadan bu problemi həll etmək mümkün deyil, çünki müzakirə mövzusu Ukraynadır. Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. NATO üzvlüyünün Ukrayna üçün təhlükəsizliyin təminatı olacağına inanmıram”, – Fiko qeyd edib.