Xəbərlər

Mirzoyan: Türkiyə ilə dinamik dialoqumuz var

“Türkiyə ilə dinamik dialoqumuz var”.

“Füyuzat”ın məlumatına görə, bunu Milli Assambleyada 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Xatırlayırsınız ki, iki ölkənin ekspertləri sərhəddəki keçid məntəqəsinin infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi üzərində işləyirdilər. İndi bu səylər Qars-Gümrü keçidi ilə bağlı infrastrukturların qiymətləndirilməsinə yönəldiləcək.

İlk növbədə, bizim dialoqumuz ondan ibarətdir ki, iki ölkə diplomatik əlaqələr qurmalı, sərhədləri açmalıdır, nəqliyyat və digər kommunikasiyalara malik olmalıdır və ümumilikdə münasibətlərini tənzimləməlidir”, – Mirzoyan bildirib.

O əlavə edib ki, Ermənistan hökumətinin bir nömrəli xarici siyasət prioriteti ölkə ətrafında sülhün sabitliyini və qonşuları ilə inkişafı təmin etməkdir.