Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymağa və siyasi həll üçün şərait yaratmağa çağırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.
“Biz zorakılığın daha da gərginləşməsinə və vəziyyətin nəzarətdən çıxmasına aparan addımlardan çəkinməyə çağırırıq”, – Lavrov qeyd edib.
O əlavə edib ki, münaqişə davam edərsə, bu münaqişənin qalibi olmayacaq.