“BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Böyük Britaniyaya keçdi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, bu gün Nyu-York vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 21:00) BMT-nin mənzil-qərargahında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord tərəfindən mətbuat konfransı keçiriləcək və bu konfrans zamanı dünya təşkilatının əsas strukturunun iclaslarının proqramı təqdim olunacaq.