Xəbərlər

Gürcüstan müxalifəti noyabrın 4-də aksiya keçirəcək

Noyabrın 4-də saat 19:00-da Prezident Xartiyasını imzalayan partiyalar Tbilisinin Rustaveli prospektində seçkinin nəticələrinin ləğvi tələbi ilə aksiya keçirəcəklər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Güclü Gürcüstan”ın liderlərindən biri Anna Dolidze birgə mətbuat konfransında bildirib.

“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə görüşəcəyik və orada tədbir planı, qanuna uyğun olaraq, dinc, lakin mütəşəkkil şəkildə etirazımızın necə davam edəcəyi barədə ətraflı danışacağıq”, – məlumatda qeyd edilib