Xəbərlər

Tramp: Qalib gəlsəm, Rusiya və Çinin yaxınlaşmasına son qoyacağam

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Moskva və Pekinin yaxınlaşmasına son qoyacağına söz verib.

“Füyuzat”ın məlumatına görə, bunu Donald Tramp amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.

“Bayden administrasiyası Rusiya, Çin, İran, Şimali Koreya və başqalarının bir araya toplanmasına icazə verdi. Bu, ağlasığmazdır. Mənim Uorton Biznes Məktəbində professorum var idi və biz tarix dərsi keçirdik. O bizə dedi ki, icazə verə bilməyəcəyimiz yeganə şey Rusiya və Çinin birləşməsidir. Biz neftə görə onların birləşməsinə icazə verdik. Bayden onları birləşdirdi. Mən onların yaxınlaşmasına son qoyacağam və düşünürəm ki, bunun öhdəsindən gələ bilərəm”, – Tramp bildirib.