Xəbərlər

Ötən ay ANAMA azad olunmuş ərazilərdə 1000-dən çox minanı zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ANAMA-dan bildirilib.

Məlumata görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 5657.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.