“Moldovanın hazırkı Prezidenti Maia Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz, rəqibi Aleksandr Stoyanoqlo isə 44,96 faiz səslə liderdir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Verilən məlumata görə, ölkə daxilində sakinlər əsasən 51,19% səs çoxluğu ilə Stoyanoqloya səs veriblər, o, 36 bölgədən 19-da qalib gəlib.
Qeyd edilib ki, xaricdəki protokolların 89,18%-ni emal etdikdən sonra Sandu 82,33% nəticə ilə liderdir, Stoyanoqlo isə 17,67% səsə malikdir.