İndoneziyanın Flores adasında, Levotobi Laki Laki dağında baş verən vulkan püskürməsi nəticəsində ilkin məlumata görə, 9 nəfər həyatını itirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.
Püskürmədən sonra lava axını ilə yaxınlıqdakı kənddə bir neçə ev, o cümlədən monastr yanıb.
Səlahiyyətlilər bir rahibə də daxil olmaqla 8 nəfərin həyatını itirdiyini, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Qeyd edək ki, İndoneziyada 130 aktiv vulkan var.