Xəbərlər

Litva Rusiya vətəndaşlığı olan şəxslərin orduya qəbulunu dayandıra bilər

“İkili vətəndaşlığı olan, vətəndaşlığından biri rus, belarus və ya çinli olan Litvanın sakinləri hərbi xidmətə qəbul edilməyəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BNS” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, müvafiq qanun layihəsi Litvanın Müdafiə Nazirliyi və Seymin (Parlament) Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən hazırlanıb.

“Belə şəxslər hərbi xidmətə qəbul edilməməli, xidmət zamanı Rusiya, Belarus və ya Çin vətəndaşlığını almış şəxslər ordudan xaric edilməlidir. Rusiya Federasiyası, Belarusiya və Çin Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlərdir, ona görə də onlarla münasibətlər hərbi personal üçün risk faktorudur. Litva hərbi hökuməti artıq bu ölkələrə qeyri-iş məqsədi ilə səfər etməyi qadağan edir”, – müdafiə naziri Laurinas Kasciunas müraciətində qeyd edib.