“Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan raketlər Amerika qoşunları və Vaşinqtonun regiondakı müttəfiqləri üçün təhlükə yaratmayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-ın müxbirinə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığından məlumat verilib.
“Biz KXDR-in çoxsaylı ballistik raket buraxılışlarından xəbərdarıq və Koreya Respublikası və Yaponiya, eləcə də digər regional müttəfiqlər və tərəfdaşlar ilə sıx məsləhətləşmələr aparırıq. ABŞ bu hərəkətləri, eləcə də keçən həftə qitələrarası ballistik raket buraxılışını pisləyir və KXDR-i növbəti qeyri-qanuni hərəkətlərdən çəkinməyə çağırır”, – deyə komandan qeyd edib.