Xəbərlər

Kim Yo Çenq: Koreya yarımadasında güc paritetinin pozulması müharibəyə səbəb olacaq

“Koreya yarımadasında və ona bitişik regionda qüvvələr paritetinin pozulması müharibəyə gətirib çıxaracaq, ona görə də Koreya Xalq Demokratik Respublikası (KXDR) həmişə öz nüvə arsenalını gücləndirmək xəttinə sadiq qalacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu KXDR lideri Kim Çen İnin bacısı Kim Yo Çenq deyib.

“Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır. KXDR-in müdafiə xarakterli nüvə çəkindirici qüvvələrinin yaradılması xətti indiki vəziyyətdə yeganə və ən doğru seçimdir və biz bu yolda heç vaxt tərəddüd etməyəcəyik”, – Koreya Mərkəzi Xəbər Agentliyi onun sözlərini sitat gətirib.