Xəbərlər

Vuçiç: ABŞ seçkilərinin nəticələri sülh və ya üçüncü dünya müharibəsinə keçiddir

“Birləşmiş Ştatlarda keçiriləcək ümumi seçkilər bütün bəşəriyyət üçün taleyüklü olacaq, sülh və ya üçüncü dünya müharibəsinə keçid gətirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Happy TV” kanalına müsahibəsində deyib.

“Bu seçki həqiqətən də çox əhəmiyyətlidir. Bəlkə də bu, bəşəriyyət tarixində sülh və ya müharibəni təyin edə biləcək ən mühüm seçkidir. Ola bilər ki, bu seçki bizə sülh gətirsin, ya da tam əksinə üçüncü dünya müharibəsinə səbəb olsun”, – Serbiya lideri bildirib.