“Respublikaçı Donald Tramp ABŞ prezidenti seçilərsə, Kanadanın NATO kontekstində müdafiə xərclərini artırmaq siyasəti dəyişməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr jurnalistlərə müsahibəsində deyib.
“Mən çox aydın danışmaq istəyirəm. Biz müttəfiqlərimizə, o cümlədən ABŞ-a qarşı Kanadanın ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcəyinə dair öhdəlik götürmüşük, biz bu öhdəliyə sadiqik”, – nazir bildirib.