“Avropa ABŞ prezident seçkilərinin nəticələri fonunda gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa hökumətinin nümayəndəsi Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edərkən deyib.
“Avropa öz taleyi üçün məsuliyyəti öz əlinə almalıdır”, – “Agence France-Presse” Fransa Nazirlər Kabinetinin mətbuat katibindən sitat gətirib.