Xəbərlər

Cinpin: Çin və ABŞ arasında sabit münasibətlər hər iki ölkənin maraqlarına uyğundur

“Pekin və Vaşinqton arasında sabit, sağlam və davamlı əlaqələr Çin və ABŞ-ın maraqlarına uyğundur”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin ABŞ prezident seçkilərində qalib gəldiyi üçün Donald Trampa ünvanladığı təbrik teleqramında deyib.

“Stabil, sağlam və dayanıqlı Çin-Amerika münasibətləri hər iki ölkənin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur. Ümid edirik ki, hər iki tərəf bu prinsiplərə sadiq qalacaq. Çin və ABŞ əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə zərər görür”, – Çin lideri bildirib.