Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
“Türkiyə lideri ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp telefonla danışıb. Danışıq zamanı Prezident Ərdoğan Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. O, Türkiyə ilə ABŞ arasında gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi kontekstində arzularını bildirib”, – məlumatda bildirilib.