Xəbərlər

Çexiya Prezidenti Ukraynaya hərbi yardım göstərən ölkələrin sayını açıqlayıb

İsveçrədə səfərdə olan Çexiya Prezidenti Petr Pavel 2024-cü ildə 50-dən çox dövlətin Ukraynaya hərbi yardım etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TK” xəbər agentliyi dövlət başçısının sözlərindən sitat gətirib.

“Qərb dövlətləri hesabına üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün mərmilərin alınması planına əsasən Çexiya təşəbbüsünün həyata keçirilməsi 2025-ci ildə davam edəcək. Ukrayna bu ilin sonuna kimi 500 min belə sursat almalıdır”, – Prezident əlavə edib.