Veymar üçbucağı ölkələri – Almaniya, Polşa və Fransa liderləri birgə bəyanat yayıb. Tərəflər Gürcüstanda keçirilən parlament seçkiləri zamanı baş vermiş qanun pozuntularının tez bir zamanda araşdırılmasını tələb ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
“Biz Gürcüstanda keçirilən parlament seçkilərinin gedişindən, xüsusən də seçki prosesinə, ictimai etimada mənfi təsir göstərən çoxsaylı qanun pozuntularından və seçicilərin hədələnməsindən narahatıq. Biz pozuntulara yol verib və beynəlxalq missiyanın müəyyən edilmiş vaxt çərçivəsində hazırlanmalı olan yekun hesabatının öyrənilməsini səbirsizliklə gözləyirik”, – məlumatda qeyd edilib.