Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Administrasiyasının müvafiq iradə və niyyət nümayiş etdirməsi şərti ilə Ukraynadakı münaqişənin tezliklə həllinin mümkün olacağına əmin olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti deyib.
“ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Biz əvvəldən sülh tərəfini seçmişik, bizi tərəf tutmağa inandırmaq cəhdlərinə məhəl qoymamışıq. Müharibədə hər iki tərəflə əlaqə saxladıq. Silah, bomba və xaos bu müharibəni bitirməyəcək, əksinə dialoq, diplomatiya və razılıq sülhün qapısını açır. Türkiyə hər iki tərəfi danışıqlar masasına oturtmağı bacardı. Biz bunu dəfələrlə etmişik və yenə də edə bilərik. Bu müharibə indi bitməlidir. Biz sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik”, – Türkiyə lideri vurğulayıb.