“Departamentin kibertəhlükəsizlik kadrlarını cəlb etmək səylərinə baxmayaraq, ABŞ Müdafiə Nazirliyinin hələ də təxminən 28 min kibertəhlükəsizlik mütəxəssisinə ehtiyacı var”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı Pentaqonun CIO ofisinin yüksək rütbəli məmuru Mark Qoraka istinadən məlumat yayıb.
Qeyd edilib ki, kiberəməliyyatlar üzrə mütəxəssislərin cəlb edilməsində və onların vəzifədə saxlanmasında çətinliklərin əsas səbəbləri kifayət qədər yüksək maaşın verilməməsi və ABŞ-ın digər federal departamentləri, özəl şirkətləri ilə əmək bazarında rəqabətidir.