Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozep Borrell icma ölkələrinin xarici işlər nazirlərinə məktub yazaraq İsraillə siyasi dialoqu dayandırmağa dəvət edib. O, İsrailin hərbi əməliyyatı zamanı Qəzza sektorunda insan haqlarının pozulması ehtimalının olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, məktub Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə çərşənbə günü, noyabrın 18-də Brüsseldə keçiriləcək görüşlərindən bir neçə gün əvvəl göndərilib.