Boliviya BRİCS-ə tərəfdaş ölkə olmaq üçün dəvət alıb.
“Füyuzat”ın məlumatına görə, bunu Boliviyanın xarici işlər naziri Selinda Sosa Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransı çərçivəsində deyib.
“Biz bu dəvətə müsbət cavab verdik. BRİCS ilk növbədə Boliviya kimi ölkələrə, o cümlədən bir çox başqa ölkələrə kömək edə biləcək yeni alternativdir. Mən çox şadam ki, həqiqətən imperializmə müqavimət göstərən, ədalətsiz iqtisadi blokadadan sağ çıxan bir ölkə olan Kuba da BRİCS-in tərəfdaş dövləti kimi qəbul edildi”, – nazir qeyd edib.