Xəbərlər

WSJ: ABŞ gələcəkdə nüvə arsenalını artıracağını istisna etmir

“Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-ın yeni Prezidenti Donald Tramp verəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal” ABŞ-ın hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“ABŞ nüvə sınaqlarına texniki ehtiyacı olmadığını bəyan edib.
Tramp nüvə silahını ABŞ-ın və bütün dünyanın əsas problemi adlandırıb. Əgər cari tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-ın yerləşdirilən nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, – məlumatda bildirilib.