“Pxenyan Donald Trampın andiçmə mərasimindən əvvəl nüvə sınağı keçirə bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Düşünmürəm ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sakit bir dövrə ümid edə bilərik. Onlar yalnız son aylar və həftələr ərzində ballistik raketlər buraxmağa davam ediblər. Biz yanvarın 20-dək hər gün monitorinq aparacağıq”, – Sallivan vurğulayıb.