“Belarus və Rusiya Federasiyası İttifaq dövlətində vahid miqrasiya məkanının formalaşdırılması çərçivəsində qeyri-qanuni miqrasiya məsələlərini birgə həll edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus daxili işlər nazirinin birinci müavini Yuri Nazarenko deyib.
“Daxili İşlər Nazirliyi (DİN) miqrasiya nəzarətinin səmərəliliyinin artırılmasına və vəziyyətin sabitliyinin pozulmasının qarşısının alınmasına yönəlmiş geniş spektrli tədbirlər, o cümlədən Rusiya ilə vahid miqrasiya məkanının formalaşdırılması çərçivəsində tədbirlər həyata keçirir”, – Nazarenko qeyd edib.