Xəbərlər

Rusiya XİN HƏMAS tərəfindən saxlanılan rusları azad etməyə çağırıb

“Rusiya Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan rusiyalı Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsini tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu gün yüzdən çox insan əsirlikdə qalır. Girovların azad edilməsi mövzusu Rusiya tərəfinin HƏMAS və digər Fələstin təşkilatlarının siyasi qanadının nümayəndələri ilə təmaslarında prioritetdir. Bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək”, – diplomat vurğulayıb.