Xəbərlər

Polşa Aİ-nin müdafiə xərclərinə ayırdığı vəsaiti artırmağa söz verib

“Polşa Avropa İttifaqının (Aİ) müdafiə layihələrinə ayırdığı xərclərin hazırkı səviyyəsindən narazıdır və assosiasiyaya sədrliyi dövründə onu artırmağa çalışacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış jurnalistlərə müsahibəsində deyib.

“Məncə, Aİ müdafiə üçün çox az vəsait ayırır. Biz təmin edəcəyik ki, Polşanın sədrliyi dövründə bu vəziyyət dəyişsin”, – Vladislav Kosinyak-Kamış qeyd edib.