Xəbərlər

KİV: İsrail yenidən Dəməşqə zərbə endirib

İsrail qüvvələri Suriya paytaxtının Mezze bölgəsinə yenidən hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Noyabrın 14-də Suriya mediası İsrail Qüvvələrinin Dəməşqin Mezze və Qudsaya bölgələrini atəşə tutması nəticədə azı 15 Suriya vətəndaşının həlak olduğunu, 16 nəfərin isə yaralandığını bildirib.