Xəbərlər

ÜST rəhbəri Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, “X” səhifəsində məlumat yayıb.

“Biz Livanın Baalbek bölgəsindəki Doureş kəndindəki mülki müdafiə mərkəzinə hücumu pisləyirik. Bu hücum nəticəsində ən azı 12 tibb işçisi həlak olub. Səhiyyə obyektlərinə hücumlar münaqişədə artıq normala çevrilir. Bu, hər yerdə dayandırılmalıdır”, – Qebreyesus əlavə edib.