Xəbərlər

İndoneziya, Malayziya və Tailand BRİCS-ə tərəfdaş ölkə statusu alıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) İndoneziya, Malayziya və Taylandın BRİCS-in tərəfdaş ölkələri olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələrinin xarici işlər və ticarət nazirlərinin birgə iclasında deyib.

“BRİCS-in Kazan sammiti dünya əksəriyyətinin ədalətli dünya nizamı qurmaq, qlobal institutlarda islahatlar aparmaq və ədalətli iqtisadi əlaqələr qurmaq istəyini ortaya qoyub. Ticarət, investisiya, süni intellekt, enerji, iqlim və logistika sahələrində mühüm sazişlər paketi imzalanıb. İndoneziya, Malayziya və Tailanddakı tərəfdaşlarımız BRİCS-in tərəfdaşı olublar”, – Pankin qeyd edib.