Ukrayna Prezidenti Volodimir Zelenski şərq cəbhəsində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin çətin olduğunu açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski özü məlumat yayıb.
“Şərqdə vəziyyət həqiqətən də mürəkkəbdir. Briqadalarımızı təlim keçmiş adamlarla doldurmaq, silahlarla təchiz etmək – bütün bu proseslər kifayət qədər ləng gedir. Lakin buna baxmayaraq, rusların təzyiqi və irəliləməsi müşahidə olunur. Biz ABŞ Konqresində təsdiqlənən andan artıq 12 aydır ki, bəzi silahların çatdırılmasını gözləyirik”, – Zelenski qeyd edib.